Scuderia Toro Rosso – STR8 (video)

Mövsümöncəsi testlərin başlamasına bir gün qalmış daha bir komanda – Toro Rosso komandası Xeresdə mövsüm üçün hazırladığı yeni maşınını göstərib. […]

Mövsümöncəsi testlərin başlamasına bir gün qalmış daha bir komanda – Toro Rosso komandası Xeresdə mövsüm üçün hazırladığı yeni maşınını göstərib. Sabah səhər yeni STR8 testlərə başlayacaq.

Sürücülər heyəti dəyişməyib – STR8-in üzərindən pərdəni Jan Erik Vern və Daniel Rikkardo çəkiblər, amma keçən ilin sonundan komandanın texniki ştabına Sauber-dən gəlmiş Ceyms Ki başçılıq edir. Britaniyalı mütəxəssisin gəlişinə layihə üzərində iş artıq qurtarmaq üzrə olub, ona görə də Ki STR8-i optimallaşdırmaq üzərində çalışıb ki, keçən mövsümü Mühəndislər Kubokunda 9-cu yerdə başa vurmuş komandanın yeni məqsədlərini reallaşdıra bilsin.

str8-2
Komandanın başçısı Frants Tost qarşıdakı mövsümə iddialı məqsədlər irəli sürüb – Mühəndislər Kubokunda komandanın 2008-ci ildəki ən yaxşı – altıncı nəticəsini təkrarlamaq…

Frants Tost: “Bu gün çox həyəcanlı bir andır. Komanda rəqabətədavamlı maşın hazırlamaq və yüksək ümidləri reallaşdırmaq üçün gərgin işləyib. Bizim məqsədimiz Mühəndislər Kubokunu yüksək altıncı yerdə başa vurmaqdır.

STR8 – Ceyms Ki və Luka Furbattonun birgə hazırladıqları ilk maşındır. Keçən il bizim hər iki sürücümüz öz işlərinin öhdəsindən əla gəldilər və mən əminəm ki, biz onlara sürətli maşın verə bilsək, onlar hamını təəccübləndirə bilərlər.”

Ceyms Ki: “Mən komandaya keçən ilin sentyabrında qoşuldum, yeni kollektivə gələndə səni nəyin gözləməsini əvvəlcədən söyləmək çətindir – kollektivlə birbaşa tanışlıqdan sonra hər şey formalaşır. Görüklərim məni heyrətləndirdi: kənardan komandanın son illərdə nə qədər böyüməsini, onun imkanlarının nə qədər artmasını qiymətləndirmək çətindir. Məsələn, Faentsada bu yaxınlarda yeni müasir karbon komponentlər hazırlayan istehsal sahəsi istifadə verilib ki, bir çox komandalar buna qibtə edə bilərlər.

str8-3
Bisterdəki aerodinamik borunun və aerodinamika departamanetinin ümumilikdə imkanları genişləndirilib, effektliyi artırılıb. Bizim hesablama hidrodinamika (CFD) şöbəmiz Faentsada yerləşir və biz Bisterlə Faentsa arasında əlaqələrin maksimum sıx olmasına çalışırıq. Aerodinamika və CFD şöbələrinə yeni rəhbərlər təyin etdik, ona görə də STR8 keçənilki maşınla müqayisədə irəliyə doğru böyük addımdır.

Keçən il effektiv olan sahələrdə mən dəyişiklik etmədim, keçənilki maşının etibarlılığı yüksək səviyyədə idi və bizim ən güclü tərəflərimizdən biri hər bir detala diqqət yetirməyimizdir. Trasda da bizim kifayət qədər böyük mütəxəssislər qrupumuz çalışır və mən deyə bilərəm ki, onlar öz işlərinin öhdəsindən pis gəlmirlər.

Amma, məncə, maşının sürəti birbaşa asılı olan departamentlər hələ tam gücü ilə işləmirlər. Deməli, biz aerodinamika, maşının trasda davranışı və kompyuetr modelləşməsi kimi sahələrdə işin effektliyini artırmalıyıq. Ona görə də bu sahələr ciddi dəyişikliklər etmişik.

str8-4
Əvvəlki təcrübələrimə əsaslanaraq, deyə bilərəm ki, bütün komandalar eyni məsələni həll edirlər, amma bunu müxtəlif yollarla edirlər. Məncə, texniki direktor kollektivin bütün güclü tərəflərindən istifadə etməlidir, sonra isə zəif tərəflərin gücləndirilməsi ilə məşğul olmalıdır. Yekunda məhz o, maşının effektliyinə məsuliyyət daşıyır, ona görə də onun bütün qərarları son məhsula təsir edir. Mən təmiz mühəndis yanaşmasına üstünlük verirəm, amma bəzən komandaya zəruri azadlıq da vermək lazımdır.

Gələn il qüvvəyə minəcək radikal reqlament dəyişikliyi artıq bizim işimizdə təsirini göstərir və mövsümün gedişi boyu belə olacaq. Bütün komandalar qarşısında çətin vəzifələr durur, zəif komandalarda bu vəzifələrin çətinliyi güclü hiss olunur. Biz tamamilə yeni maşın qurmalıyıq, yəni əvvəlki konstruktor ideologiyası gərək olmayacaq. Biz əvvəlcə reqlamenti tam nəzərdən keçirib dərk etməliyik. Balans tapmaq zəruridir: bir tərəfdən, bu il maksimum xal toplamaq lazımdır, digər tərəfdən, 2014-cü ilə yaxşı hazırlaşmaq lazımdır…”

str8-5
Jan Erik Vern: “Yeni mövsümün başlanğıcı keçənilki kimi olmayacaq, keçən il mən debütant idim. Trasların çoxunu birinci dəfə görürdüm, Formula1-in xüsusiyyətlərini öyrəndim, komanda ilə işləməyə adaptasiya oldum. Bu il təhsilimi hələd avam etdirəcəm – bu proses heç vaxt dayanmayacaq, amma baza artıq təyin olunub və mənd aha vacib aspektlərə diqqət yönəldə bilərəm.

Eyni zamanda, həm komandada, həm də elə mənim özümdə çoxlu dəyişikliklər var. Məsələn, mən yeni yarış mühəndisi ilə işləyəcəm. Ümid edirəm ki, onunla əməkdaşlığımızı normaya salmağa çox vaxt getməyəcək, amma mən bunu pozitiv addım sayıram. Mənim yeni mühəndisim çempion komandadan gəlib, özü ilə işə yeni yanaşma metodu gətirəcək, ona görə də düşünürəm ki, bu çox faydalı olacaq.

Mən komandanın yeni fəlsəfəsinin təsirini hiss edirəm: biz qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün düzgün istiqamətdə irəliləyirik.”

str8-6
Daniel Rikkardo: “Bu il mən daha inamlı sürücüyəm. Mən həmişə uğur qazanmaq istəmişəm və indi öz potensialımı nümayiş etdirməyə tam hazıram.

Qışın böyük bir hissəsini mən Avstraliyada keçirdim, bazaya qayıtdıqdan sonra pozitiv atmosferi hiss etdim – hər bir əməkdaş yeni maşından razı idi. Bu il bizim ciddi məqsədlərimiz var, irəliyə doğru çoox böyük addım atmaq istəyirik.

Bu il mənim də yeni yarış mühəndisim olacaq, keçən il mənim telemetriya mühəndisim bu il birbaşa yarışlarda mənimlə əlaqə saxlayacaq. Mövsümöncəsi altıgünlük testlərimdə isə biz əməkdaşlığımızı daha da sıx edəcəyik.

Səbirsizliklə Melburnu gözləyirəm, komanda mövsümdə qarşımıza çox ciddi məqsədlər qoyub, ümid edirəm ki, onlar reallaşdırmağa yeni maşın imkan verəcək.”

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*