24 Noyabr 2017, Cümə - 11:44

S.Burde: “Mən öz problemlərimi gizlətmirəm”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:58 - 22 Aprel, 2009

Mövsümün startından əvvəl Toro Rosso rəhbərliyi uzun müddət Sebastyen Burde ilə müqaviləni uzatmırdı, amma sonda fransalı sürücü komandada qaldı və […]

Mövsümün startından əvvəl Toro Rosso rəhbərliyi uzun müddət Sebastyen Burde ilə müqaviləni uzatmırdı, amma sonda fransalı sürücü komandada qaldı və hamıya elə gəlirdi ki, keçən ilin təcrübəsi dördqat ChampCar çempionuna potensialını açmaqda kömək olacaq. Təəssüf ki, mövsüm Burde üşün uğursuz başlayıb, xüsusən də daha gənc komanda yoldaşı ilə müqayisədə. Autosport qəzetinə müsahibəsində fransalı sürücü etiraf edib ki, keçən il olduğu kimi maşınla müəyyən problemləri var…

Sebastyen Burde: “Maşını idarə etmək keçənilkindən də çətin olub və mən bu problemləri gizlətmirəm – yeni sliklər balansı dəyişiblər, qabaq təkərlər trası daha yaxşı tuturlar, bu isə əmin sürmək stilimə uyğun gəlmir. Mən etiraf edirəm ki, bu mənim zəif tərəfimdir, amma söhbət ondan getmir ki, mən bu maşında sürətli deyilm, sadəcə olaraq yeni maşının sazlanma diapazonu daha azdır.

Malayziyada mənə rahat idi, ona görə də dərhal maşının potensilaını realizə edə bildim. Red Bull maşınları ilə fərqimizi görürüsünüz, bizim üçün sıralanma turunun son sessiyasına çıxmaq qəhrəmanlıqdır. Dövrənin çox hissəsində mən maşından razıyam, amma bəzi döngələrdə vaxt itirirəm, bu isə nəticəyə təsir edir.

barselonada komanda Red Bull-un artıq istifadə etdiyi yenilikləri alacaq, amma orda rəqiblərimizin çox artqı ikili diffuzorlarla çıxış edəcəklər, məncə, bizim də sürətimiz artacaq. Mən komandanın dəstəyini hiss edirəm. Biz Buemi ilə bir qədər fərqli maşınlarda yarışırıq, biz bütün variantları yoxlamalıyıq – müəyyən şəraitdə onun bəxti gətirir, digərində mənim.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 66
Teqlər
Paylaş

logo