16 Dekabr 2017, Şənbə - 01:38

S.Markionne nəticələrə fikir vermir

S.Markionne nəticələrə fikir vermir

Müəllif: Rauf Hacıyev, redaktor

17:14 - 14 Mart, 2017

Ferrari-nin prezidenti Sercio Markionne testlərdən sonra bildirib ki, Ferrari-nin testlərdə ən sürətli dövrələrini ciddiyə almır.

F-1.az xatırladır ki, Ferrari testlərdə ən sürətli nəticəni göstərərək ilk iki yeri tutmuşdu.

Sercio Markionne: “Barselonadakı testlərdə iki məqsədimiz var idi. Birincisi Red Bull-u qabaqlamaq. İkincisi isə etibarlı bolidə sahib olmaq idi. Düşünürəm ki, bunların hər ikisini də bacarmışıq, amma, məncə, ən sürətli komanda Mercedes-dir. Ümid edirəm ki, McLaren də qısa müddət ərzində özünə gələr və bizimlə mübarizə aparar. Böyük tarixi olan komandanın bu vəziyyətdə olması bizi məyus edir. Onları yenidən yüksək pillələrdə görmək istəyirəm. Ümumilikdə düşünürəm ki, 2017-ci il qəribə mövsüm olacaq. Bolidlər artıq daha sürətlidirlər və sürücülər də qazandıqları pullara layiq olduqlarını göstərməlidirlər. Yarış vaxtı daha çox tərləmələrini gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 923
Teqlər ,
Paylaş

logo