23 Oktyabr 2017, Bazar ertəsi - 10:03

S.Markionne 2021-ci ilə qədər vəzifəsində qalacaq

S.Markionne 2021-ci ilə qədər vəzifəsində qalacaq

Müəllif: Elçin Zodorov, redaktor

12:28 - 04 Mart, 2017

İtaliya mətbuatı FİAT Chrysler Automobiles-in başçısı və Ferrari-nin prezidenti Sercio Markionnenin Maranellodakı şirkətin səhmdarlarına göndərdiyi məktub barədə yazıb.

F-1.az bildirir ki, məktubda belə yazılıb: “Bu il bir çox şeyin necə olacağını bilmirik, çünki qaydalarda ciddi dəyişikliklər var. İndidən proqnoz vermək çətindir. Lakin mən əminliklə deyirəm ki, Ferrari mübarizəyə köklənib. Bizim motivasiyamız var və Ferrari-ni liderliyə qaytarmaq istəyirik. 2016-cı ili unutmaq ən yaxşısıdır. Bizim Mattia Binottonun rəhbərliyi altında gözəl mühəndislərimiz var. Mauritsio Arrivabene komandanı əla idarə edir və iki güclü sürücümüz – Sebastyan Fettel və Kimi Rəykkönen əllərindən gələni edəcəklər”.

La Gazetta dello Sport isə bildirib ki, Markionne tutduğu vəzifələrdə 2021-ci ilin fevral ayına qədər qalacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 278
Teqlər , , , , , ,
Paylaş

logo