18 Oktyabr 2017, Çərşənbə - 00:28

Ş.Lekler Ferrari ilə testlərdə iştirak edəcək

Ş.Lekler Ferrari ilə testlərdə iştirak edəcək

Müəllif: Elçin Zodorov, redaktor

18:19 - 18 İyul, 2017

Formula2-də çempionluğa doğru inamla irəliləyən Şarl Lekler Macarıstan Qran Prisindən sonra baş tutacaq mövsümiçi testlərdə Ferrari-nin sükanı arxasına keçəcək.

F-1.az xatırladır ki, 19 yaşlı Şarl Ferrari Sürücü Akademiyasının dinləyicisidir və komandanın developer sürücüsüdür. 2016-cı ildə Haas komandası ilə əməkdaşlıq edən monakolu sürücü Macarıstan, Almaniya və Braziliyada ilk məşq sessiyalarında işləyib. Ötən ilin iyul ayında isə Silverstoundakı mövsümiçi testlərdə Ferrari-yə kömək etmişdi.

Belə görünür ki, Lekler Formula2-də elə ilk cəhdindəcə titul qazanacaq. Artıq onun Formula1-də iştirak etməyə hazır olduğunu düşünənlər də çoxdur. Biz gələn il Şarlı Haas-da və ya Honda mühərriklərinə keçməyəcəyi təqdirdə Sauber-də görə bilərik…

Şarl Lekler: “Macarıstan Qran Prisindən sonra bir gün ərzində Ferrari ilə işləyəcəyimi elan etməyə çox şadam”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 398
Teqlər , , , ,
Paylaş

logo