15 Dekabr 2017, Cümə - 18:11

S.Fettelin motoru dəyişdiriləcək

S.Fettelin motoru dəyişdiriləcək

Müəllif: Elçin Zodorov, redaktor

12:03 - 30 Sentyabr, 2017

Sebastyan Fettelin üçüncü sərbəst yürüşləri vaxtından əvvəl başa vurmasının səbəbi məlum olub – alman sürücü güc qurğusundakı problemə görə boksa qayıdıb.

F-1.az xəbər verir ki, problemin motorun silindrlərindən birində yarandığı, mühəndislərin onu təmir etməyə çalışacağı, motorun isə zərər görmədiyi bildirilir. Lakin komanda onun maşınına yeni daxiliyanma mühərriyi quraşdırmaq qərarına gəlib.

Bu, Sebastyanın mövsüm ərzində istifadə etdiyi dördüncü mühərrikdir. Komanda bu mühərriyi Yaponiyada götürməyi planlaşdırırdı. Əgər nasaz mühərriyi təmir etmək mümkün olsa, Fettel mövsümü cəriməsiz tamamlamağa ümid edə bilər.

Hazırda isə yeganə problem vaxtla bağlıdır – sıralanma turunun başlamasına olduqca az vaxt qalıb və mexaniklər sıralanma turunda tələsməli olacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 065
Teqlər , , , ,
Paylaş

logo