23 Sentyabr 2018, Bazar - 05:00

S.Fettel: “Qələbəni əldən verdik”

S.Fettel: “Qələbəni əldən verdik”

Müəllif: Rauf Hacıyev, redaktor

13:12 - 09 Aprel, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışda risk edərək Soft təkərlərə keçdiklərinə görə peşman deyil və bu cür cəsur qərarlar verəndə xoşbəxt olur.

F-1.az xatırladır ki, almaniyalı sürücü Çin yarışında virtual təhlükəsizlik avtomobilindən istifadə edib Soft təkərlərə keçsə də, Covinatsinin qəzasından sonra trasa real təhlükəsizlik maşını çıxdığı üçün qazandığı bütün üstünlüyünü itirib və 6-cı yerə qədər geriləyib. Amma 29 yaşlı 4 qat Dünya Çempionu yüksək əzmkarlıq nümayiş etdirərək yarışı Həmiltonun 6 saniyə gerisində ikinci bitirib.

Sebastyan Fettel: “Bu gün trasda vəziyyət çox dəyişkən idi. Bəzi yerlər – xüsusən də start-finiş düzlüyü yaş olduğu halda, digər hissələr quru idi. Risk edib Soft təkərlərə keçdik və düşündük ki, bu işə yarayacaq. Daha sonra təhlükəsizlik avtomobili oynadığımız qumarda uduzmağımıza səbəb oldu. Öndəki bolidləri izləmək çətin idi. Kimi və Danielin arxasında çox vaxt itirdim və Lyuis yarışı asanlıqla qazandı. Amma 6-cı yerdən 2-ci yerə yüksəlmək gözəl oldu. Zərəri minimuma endirdik.

Bilirdim ki, Danielə hücum etməliyəm. Yoxsa Ferstappen fərqi artıracaqdı. Xarici trayektoriyadan hücum etdim və Rikkardo da yaxşı müdafiə olundu. Çox əyləncəli idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 166
Teqlər , , ,
Paylaş

logo