22 Oktyabr 2017, Bazar - 01:20

S.Fettel: “Özümü gəmi kapitanı kimi hiss etmədim”

S.Fettel: “Özümü gəmi kapitanı kimi hiss etmədim”

Müəllif: Rauf Hacıyev, redaktor

07:10 - 13 May, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel İspaniyadakı sərbəst yürüşlərdən sonra özünü boliddə yaxşı hiss etmədiyini deyib.

F-1.az xatırladır ki, Rəykkönen və Fettel İspaniyada cümə sərbəst yürüşlərində lider Həmiltondan müvafiq olaraq 0.3 və 0.4 saniyə geri qalıblar.

Sebastyan Fettel: “Sevincli deyiləm. Hazırkı vəziyyətdə mübarizə aparsam da, temp tuta bilmirəm. Hər şeyi bir araya gətirə bilmədim və xoşbəxt deyiləm. Yenə də bolidin çox sürətli olduğunu hiss edə bilirəm. Narahat deyiləm, amma gedişatdan razı deyiləm. Özümü gəminin kapitanı kimi hiss etmirdim. Elə bil ki, gəminin sükanı başqasının əlində idi. Ümid edirəm ki, bu hal sabah aradan qalxar.

Yarış tempində şok yaşadıq. Hamı buradakı pis şərait ilə mübarizə apardı. Medium təkərlərdə isə çox sürüşürdüm. Qəribə idi. Digər sürücülər Soft təkərlərin yeyilməsinə görə çox problem yaşadılar. Ümumilikdə, təkərlərin bir az sərt olduğunu düşünürəm. Səbəbini bilmirəm. Bəlkə də, Barselona əfsanəsi Pirelli-ni qorxudub. Bazar günü hər şey yaxşı olmalıdır.

Mercedes-in nə etdiyini bilmirəm, amma ən böyük rəqibimiz onlar olacaq. Trasda çox vaxt keçirsəm də, istədiyimi əldə edə bilmədim. Gecə çox işləməli olacağıq. Ən çox yeniliyi bilmirəm kim gətirib. Kimin gətirdiyi də maraqlı deyil. Vacib olan ən yaxşısını gətirməkdir. Gətirdiklərimizdən razıyam. Bunlardan bəzilərini görürsünüz, bəzilərini isə görə bilmirsiniz. Bu işi həmişə görürük. Sirrimiz yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 054
Teqlər , , ,
Paylaş

logo