25 Sentyabr 2018, Çərşənbə axşamı - 21:52

S.Fettel: “Kubitsa niyə gec qayıtdı?”

S.Fettel: “Kubitsa niyə gec qayıtdı?”

Müəllif: Rauf Hacıyev, redaktor

14:10 - 06 Dekabr, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Robert Kubitsa idmana daha tez qayıtmalı idi.

F-1.az xatırladır ki, polşalı sürücü 6 ildən sonra bu il Renault və Williams komandaları ilə testlər etməklə idmana qayıdıb. Kubitsa hazırda Williams komandasına əsas namizədlərdən biri sayılır.

Sebastyan Fettel: “Kubitsanın başına gələnlər çox pisdir. O vaxtlar gələcəyin Dünya Çempionu kimi göstərilirdi və ən güclü dövrlərində idmandan aralanmalı oldu. Nəyə görə daha erkən qayıtmağa cəhd etmədi, anlamıram. Onu yenidən peletonda görmək gözəl olardı. Amma idmana gəlmək üçün var güclərini qoyan gənc sürücülər var. Bu hal onları məyus edə bilər. Görək necə olacaq. Onu yarışarkən görmək hamını sevindirər. Hələ də sürətlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 275
Teqlər , ,
Paylaş

logo