24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:13

S.Fettel FİA və Uaytinqə üzrxahlıq məktubu göndərib

S.Fettel FİA və Uaytinqə üzrxahlıq məktubu göndərib

Müəllif: Elçin Zodorov, redaktor

20:43 - 01 Noyabr, 2016

F-1.az xatırladır ki, Meksika Qran Prisinin sonunda Ferstappenlə olan insidentə görə əsəblərini cilovlaya bilməyən Fettel söyüşlər söymüş, bu söyüşlərdən Çarli Uaytinqə də “pay” düşmüşdü.

Alman sürücü yarışdan sonra Uaytinqdən üzr istəmişdi. Bu gün çıxan xəbərlərdə isə bildirilirdi ki, FİA Fettelin dediyi sözləri araşdıracaq və hər hansı cəza verilib-verilməməsi məsələsinə baxacaq.

Fettelin həm FİA rəhbəri Jan Todta, həm də yarış direktoru Çarli Uaytinqə hadisə ilə bağlı üzrxahlıq məktubu göndərdiyi bildirilir. FİA-nın araşdırmalarından sonra Fettel günahkar hesab edilərsə, ona rəsmi xəbərdarlıq, pul cəzası və ya yarışa buraxılmama cəzası verilə bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 441
Teqlər , , , ,
Paylaş

logo