17 Oktyabr 2017, Çərşənbə axşamı - 20:52

S.Fettel DRS-ə qarşıdır

S.Fettel DRS-ə qarşıdır

Müəllif: Rauf Hacıyev, redaktor

09:05 - 12 May, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, DRS-in ötmələri asanlaşdırmasını istəmir.

F-1.az bildirir ki, bu il ötmələr keçənilkinə nisbətən kəskin dərəcədə azalıb. Hətta, Soçidə komanda əmri hesabına sadəcə bir ötmə olmuşdu.

Sebastyan Fettel: “Hər şeydən əvvəl DRS zonalarının artırılmasının tərəfdarı deyiləm. DRS gələndən sonra bəzi traslarda ötmələr asanlaşıb. Amma mənim üçün ötmələr belə sadə olmamalıdır.

Soçidə ötmələrin az olmasının bir neçə səbəbi var. Təkərlər çox etibarlı idi və buna görə də onların üstünlüyündən istifadə edəcək səviyyədə yeyilmə olmadı. Trasın vəziyyəti də öndəki rəqibi izləməyə kömək etmir. Soçidəki son döngə düzlükdə rəqibinizə yaxınlaşmağa icazə vermir.

Bottasa daha yaxın olmaq və onu keçmək istərdim, lakin bu yarışdır. Burada məqsəd öndəki rəqibinizə çatmaq və onu keçməkdir. O da olmasa, onunla yan-yana getməkdir. Ötmə etmək üçün çalışmalısınız. Fərqli trayektoriyaları sınamalısınız. Soçidə Bottasa gec çatdım. Sona 2-3 dövrə qalmışdı. Amma onu qovalamaq və keçməyi sınamaq çox həyəcanverici idi. Sözün açığı, alınsaydı, əla olardı, ancaq alınmadı. Artıq növbəti yarış barədə düşünürəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 827
Teqlər , , , , ,
Paylaş

logo