22 Oktyabr 2017, Bazar - 01:30

Rusiya-2017: Günün sürücüsü – Valtteri Bottas

Rusiya-2017: Günün sürücüsü – Valtteri Bottas

Müəllif: Elçin Zodorov, redaktor

18:27 - 30 Aprel, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi 2016-cı il Sinqapur Qran Prisinə qədər yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, həmin Qran Pridən etibarən sorğu yarış ərzində keçirilir.

F-1.az xəbər verir ki, yarışa üçüncü yerdən başlayan, lakin startdaca hər iki Ferrari sürücüsünü keçərək liderliyə yüksələn, yekunda isə karyerasında ilk qələbəsinə sevinən Valtteri Bottas  “Günün Sürücüsü” seçilib. Valtteri bu ada ilk dəfədir ki, layiq görülür.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiSebastyan Fettel
Çin Qran PrisiMaks Ferstappen
Bəhreyn Qran PrisiSebastyan Fettel
Rusiya Qran PrisiValtteri Bottas

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 549
Teqlər , , , ,
Paylaş

logo