Rosberq-Həmilton mübarizəsi barədə fikirlər

Niko Rosberqin mövsümün sonuna 6 yarış qalmış çempionatda yenidən liderliyə yüksəlməsi Formula1 dünyasında ən çox danışılan mövzulardan biridir.

F-1.az xatırladır ki, Lyuis Həmilton mövsümə pis başlamış, lakin Monako Qran Prisindən etibarən möhtəşəm çıxış edərək 43 xallıq fərqi bağlamış, çempionluq yarışında ilk sıraya yüksəlmişdi. Lakin son yarışlarda üstünlük yenidən Rosberqin tərəfinə keçib və alman sürücü Sinqapurda 8 xallıq fərqlə birinci yerə qayıdıb.

La Gazzetta dello Sport: “Rosberq sakit, sabit və optimistdir. Onun xarakteri Həmiltonla mübarizə üçün idealdır”.

L’Equipe: “Həmilton son yarışlarda özünə kölgə salmaqla məşğuldur”.

Corriere della Sera: “Həmilton böhrandadır, Rosberq isə özü üçün ən yaxşı olanı edir”.

Ceki Styuart: “Rosberq Belçika Qran Prisindən bəri Həmiltondan daha çox hazır və istəkli görünür. Biz yeni bir dünya çempionu görə bilərik”.

Bild:  “Həmilton yay fasiləsində təşkil etdiyi şənlikdən sonra heç bir yarışda qalib gələ bilməyib”.

Flavio Briatore: “Həmiltonun böyük istedadı var, amma bir qədər repçi kimi davranır. Onun yerində olsaydım, Formula1-i ön plana çəkər və adımı yaşadardım, musiqini yox”.

Robert Dornbos: “Rosberqin yay fasiləsində nə etdiyini bilmirəm, amma deyəsən, özünə müsbət təsir edəcək nəsə tapıb. İstedadı Həmiltondan az ola bilər, amma çox çalışaraq bu fərqi bağlaya bilir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*