Robert Kubitsanın ciddi qəzadan sonra müalicə oldunuğu Santa Corona hospitalının həkimləri polşalı sürücünün sağlamlığını və bərpa tempini nikbinliklə qiymətləndiriblər. Onların KİV üçün hazırladıqları növbəti bülletendə xəbər verilib ki, təxminən üç həftədən sonra Robert birinci dəfə ayağa qalxa bilər.
Bülletendə deyilir: “Daha bir gözləmə dövrü gəlir. Çoxsaylı sınıqlarda zədələnmiş sümüklər yapışıb və biz ümid edirik ki, təxminən üç həftədən sonra o hər iki ayağa üstə qalxa biləcək və ilk addımlarını atacaq…”