R.Kubitsa Massanı əvəz edəcək?

BMW şirkətinin mövsümün sonunda Formula1-i tərk etməsi barədə bəyanatı hamı üçün gözlənilməz olub. Hələ bu yaxınlarda komanda FOTA-nın FİA ilə […]

BMW şirkətinin mövsümün sonunda Formula1-i tərk etməsi barədə bəyanatı hamı üçün gözlənilməz olub. Hələ bu yaxınlarda komanda FOTA-nın FİA ilə danışıqlarında fəal iştirak edirdi, bu günlərdə Mario Tayssen gələn mövsümə maşın qurmaq üçün hazırkı maşın üzərində işləri davam etdirməyin zəruri olmasından danışırdı. Amma…

Hələlik hazırkı sürücülər barədə heç bir bəyanat verilməyib, amma aydındır ki, Nik Haydfeld, Robert Kubitsa və Kristian klin “azad agent” statusu alacaqlar. Britaniyanın Daily Mail qəzeti vəziyyəti şərh edərək yazır ki, Robert Kubitsa zədələnmiş Felipe Massanı əvəz etməklə Ferrari-nin sükanı arxasında otura bilər – jurnalistlərin məlumatlarına görə, BMW-nin bəyanatı formal olaraq sürücünü komanda qarşısında öhdəliklərdən azad edib və o istənilən təklifi qəbul etməkdə azaddır.

Beləliklə, sürücülər bazarına daha üç təcrübəli və rəqabətədavamlı sürücü əlavə olunub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*