17 Dekabr 2017, Bazar - 12:06

Rəsmən: N.Hülkenberq Renault-da!

Rəsmən: N.Hülkenberq Renault-da!

Müəllif: Elçin Zodorov, redaktor

15:52 - 14 Oktyabr, 2016

Nikonun Renault-ya keçəcəyi Formula1-də son günlərin ən aktual mövzusu idi. Bir qədər əvvəl Force İndia komandası Hülkenberqin komandadan ayrılacağını rəsmən bildirmişdi.

F-1.az xatırladır ki, Force İndia-da ümumilikdə beş mövsüm keçirən Niko komandası ilə müqaviləsini uzatmış, lakin Renault-dan gələn təklifdən sonra qərarını dəyişdirmiş və komandadan ayrılmaq qərarına gəlmişdi.

Niko Hülkenberq: “2017-ci ildə Renault komandası ilə yarışacağım üçün çox xoşbəxtəm. Renault həmişə avtoidmanın əsas fiqurlarından olub və bir çox uğuru var. Mən hər zaman zavod komandasında yarışmaq istəmişəm. Bu komandanın bir parçası olmaq və uğurlara imza atmaq istəyirəm. Bu mövsüm qalan yarışlarda komandamın 4-cü ola bilməsi üçün əlimdən gələni edəcəyəm. Bu, Force İndia üçün böyük uğur olar. Komandama hər şeyə görə, xüsusilə də Renault-ya keçmək şansından istifadə etməyimə imkan yaratdığına görə təşəkkür edirəm”.

Jerom Stoll: “2017-ci il Formula1-ə zavod komandası kimi qayıtmağımızın ikinci ili olacaq. Bu, bizim ilk addımımız idi. Biz bu il növbəti mövsümlər üçün çox şey öyrənmişik və gələcək uğurların təməlini qoymuşuq. Bizim ikinci addımımız isə təcrübəli və podiuma çıxmaq üçün hər şeyi etməyə hazır olan sürücü tapmaq idi. Niko buna tamamilə uyğun gələn sürücüdür. O, yüksək istedada və motivasiyaya sahibdir. Niko builki ağır mövsümü başa vurduqdan sonra komandaya qoşulacaq və 2017-ci ilə hazırlaşmaqda, maşının təkmilləşdirilməsində bizə köməklik edəcək. Biz onu gözləyirik”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 372
Teqlər , , ,
Paylaş

logo