16 Oktyabr 2018, Çərşənbə axşamı - 09:50

Rəsmən: F.Alonso Daytonada yarışacaq

Rəsmən: F.Alonso Daytonada yarışacaq

Müəllif: Rauf Hacıyev, redaktor

06:13 - 27 Oktyabr, 2017

Fernando Alonso 2018-ci ilin yanvar ayında keçiriləcək 24 saatlıq Daytona marafonunda United Autosports LMP2 komandasında yarışacaq – Zek Brauna məxsus olan komanda bu gün rəsmi bəyanat yayıb.

F-1.az xəbər verir ki, ispaniyalı sürücü Lando Norris və Fil Hənson ilə estafeti bölüşəcək. Komandanın digər avtomobilini isə Pol di Resta, Uil Ouen və adı hələ açıqlanmayan bir pilot sürəcək.

Fernando Alonso: “24 saatlıq Daytona yarışı Amerikanın ən böyük dözümlülük yarışıdır və dünyanın ən böyüklərindəndir. Hamı bu yarışı tanıyır. Bu üç tacdan biri olmasa da, mən hərtərəfli sürücü olmaq istəyirəm. Bunun hesabına gələcəkdə iştirak edəcəyim dözümlülük yarışları üçün təcrübə toplayacam. Bundan əvvəl İndy-yə getdim və oval trasda təcrübə yaşamamışdım. Amma indi oval trasın nə olduğunu başa düşürəm. Amerikada yenidən yarışmaq üçün həyəcanlanıram. İndy500-dən sonra başqa əfsanəvi yarışda mübarizə aparmaq üçün səbirsizlənirəm. Növbəti dəfə amerikalı fanların dəstəyini almaq mükəmməl olacaq. Bu yarış ən əlverişli vaxtda – yanvarda olacaq. O zaman Formula1 tətildə olur və əsasən fiziki hazırlıqlar edirik”.

Alonso Ligier avtomobilini ilk dəfə 5-7 yanvar tarixlərində “Roar before the 24” adlı test sessiyasında sürəcək. Yarış isə yanvarın son istirahət günlərində baş tutacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 652
Teqlər , , , ,
Paylaş

logo