Renault-nun Hülkenberqlə bağlı əsas planları

Renault Motorsport-un rəhbəri Siril Abitebuk istəyir ki, Niko Hülkenberq onların simvoluna çevrilsin.

F-1.az xatırladır ki, Hülkenberq Renault komandasına keçib və fransızların uzunmüddətli hədəflərinin bir parçası olacaq.

Renault Motorsport-un rəhbəri Siril Abitebul inanır ki, hələ də podium qazana bilməmiş Hülkenberq komandanın hədəflərinin vacib bir hissəsi olacaq: “Çox həyəcanlıyam. Çünki istədiyimiz hər şeyi edə biləcək xarakteri var. Niko Rosberq və Lyuis Həmiltonla birlikdə aşağı seriyalarda yarışan və başqa istehsalçı komandalarla müqaviləsi olmayan sürücünü transfer etmək şansımız var idi. İnsanlar onun uğursuz olduğunu desə də, o, komandamız üçün böyük fürsətdir. Çünki elə-belə sürücü deyil. Düşünürük ki, Niko yaxşı sürücüdür. Onu Renault-nun mükəmməl təmsilçisi edəcəyik. Lyuis və Mercedes-in qurduğu güclü münasibət kimi uzun müddət davam edəcək layihəmiz var.

Müasir dövrdə Fetteli Red Bull-un simvolu sayanlar var. Ümid edirəm ki, Nikonun da adı həmişə Renault-nun simvolu kimi çəkilər. Bu, bizim ilkin hədəfimizdir”.

Renault keçən mövsümün sonunda Bottas, Sayns və Peres kimi sürücülərlə danışıqlar aparsa da, sonda Hülkenberqi transfer etmişdi. Amma Abitebul bildirib ki, digər sürücülər onların təklifini rədd etməyib. Əksinə, o sürücülərin komandaları ilə müqavilələri olduğu üçün Renault onlardan imtina edib: “Heç kim bizim təklifimizi rədd etməyib. Bunun tam əksi olub. Bəziləri bizə yalandan azad agent olduqlarını dedilər. Bizə maraq çox idi. Amma biz ən yaxşısını – Nikonu seçdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*