Renault komandası heyətini bu həftə açıqlayacaq

Bir müddət əvvəl Niko Hülkenberqlə müqavilə bağlayan Renault-nun digər sürücüsünün kim olacağı hələ məlum deyil. Bu yerə namizədlər arasında komandanın cari sürücüləri ilə yanaşı, Esteban Okon, Felipe Nasr və Sergey Sirotkin də var.

F-1.az xatırladır ki, Meksika Qran Prisindən sonra Maqnussenlə müqavilə bağlanması barədə iddialar yayılsa da, komanda bunu təkzib etmişdi.

Frederik Vassyör: “Namizəd çoxdur və hamısı yaxşı sürücülərdir. Seçim etmək çox çətindir, lakin qərar verməliyik. Bu faktor qərarımızı gecikdirir, lakin Braziliya Qran Prisindən əvvəl hər şeyin dəqiqləşəcəyini düşünürəm. Mətbuatda bir çox şayiələr yayılır, lakin bunlara etibar etməmək lazımdır”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*