24 Yanvar 2018, Çərşənbə - 12:00

Red Bull son 10 ildəki ən pis performansını göstərib

Red Bull son 10 ildəki ən pis performansını göstərib

Müəllif: Rauf Hacıyev, redaktor

11:10 - 29 Dekabr, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, 2006-cı ildən sonra ən pis etibarlılıq dövrünü keçiriblər.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri bu il 13 dəfə mübarizəni vaxtından əvvəl dayandırıblar. Ümumilikdə isə bu il güc qurğularına görə komandalar startda 740 yer itiriblər. Bunlardan 380-i Honda, 320-si Renault güc qurğularının payına düşür. Ferrari və Mercedes güc qurğuları isə hərəyə 20 yer itiriblər.

Kristian Horner: “Mühərrik problemlərinə görə 2006-cı ildən sonra ən pis il idi. Amma mühərrik tərəfdaşımız bunu həll etmək üçün çox işləyir. Öz komandaları üçün də bunu etməlidirlər. Ümid edirəm ki, Ferrari və Mercedes-lə mübarizə apara bilərik.

Yarış günlərində rəqiblərimizə yaxınlaşırıq. Amma sıralanma turunda rejimlərə görə fərq böyük olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 67
Teqlər ,
Paylaş

logo