15 Oktyabr 2018, Bazar ertəsi - 21:10

Red Bull Rikkardonun əvəzinə Həmiltonu gətirəcək?

Red Bull Rikkardonun əvəzinə Həmiltonu gətirəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

13:14 - 15 Mart, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Daniel Rikkardo komandadan ayrılsa, yerinə ya Lyuis Həmiltonu, ya da Karlos Saynsı gətirəcəklər.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitir və 28 yaşlı sürücünün komandada gələcəyi müəmmalıdır.

Kristian Horner: “Komanda tarixinin ən güclü sürücü heyətinə və münasibətinə sahibik. Yarışdan kənarda da yaxşı vaxt keçirlər. Təbii ki, həmişə bir-birilərini üstələmək istəyirlər. Buna baxmayaraq, bir-birilərinə hörmət edirlər və bu, bizim üçün çox vacibdir. Danielin müqaviləsi ilin sonunda bitsə də, onunla davam etmək istəyirik. Planımız budur, amma alınmasa, alternativlərimiz var. Karlos Saynsla müqaviləmiz davam edir. Həmiltonun da müqaviləsi ilin sonunda bitir. Onun Mercedes-dən ayrılacağını demək çətindir. Amma əsla heç vaxt demək olmaz. Lyuis əla sürücüdür. Mercedes-dən ayrılsa, təəccüblənərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 131
Teqlər , , ,
Paylaş

logo