19 Noyabr 2017, Bazar - 14:30

Red Bull Racing motor təchizatçısını dəyişəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:45 - 23 Aprel, 2009

Red Bull Racing komandası 2007-ci ildən Renault motorlarından istifadə edir, amma gələn il motor təchizatçısı dəyişə bilər – Britaniyanın Autosport […]

Red Bull Racing komandası 2007-ci ildən Renault motorlarından istifadə edir, amma gələn il motor təchizatçısı dəyişə bilər – Britaniyanın Autosport qəzeti komandanın Mercedes rəhbərliyi ilə danışıqlar aparmasından yazıb. Hazırda alman motorlarını çempionatın üç komandası işlədir – McLaren, Brawn GP və Force İndia, və müştərilərin sayının artmasıa zehtimallıdır, əksinə Ross Braun Mercedes motorlarını rəqiblərinin və FİA-nın razılığı ilə bəhran vəziyyətini nəzərə almaqla əldə etmişdi, amma Kristian Horner vəziyyətin dəyişməsinə işarə edib…

Kristian Horner: “Hələlik gələn il üçün motorlardan danışmaq tezdir, biz ümid edirik ki, Renault motorlarını əvvəlki kimi ala biləcəyik – FİA-nın motorun gücünü artırmasına icazə verdikdən sonra bu motorlar rəqabətədavamlıdırlar, amma Mercedes motorları həqiqətən güclüdürlər. Ross Braun artıq sübut edib ki, komanda motoru son anda belə dəyişə bilər – müasir Formula1-də bu sadəcə məchullardan biridir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 68
Teqlər
Paylaş

logo