22 Oktyabr 2017, Bazar - 01:25

Red Bull-da yeni şassinin debütünə hazırlaşırlar

Red Bull-da yeni şassinin debütünə hazırlaşırlar

Müəllif: Afgan Haji, redaktor

08:18 - 03 May, 2017

B versiyasına aid maşın Barselonada peyda olmalıdır, amma artıq Soçidə komanda fəal surətdə məlumatlar toplamağa və müxtəlif testlər aparmağa başladılar.

2017-ci il mövsümünün dörd start Qran Prisi göstərdi ki, yeni reqlament gözlənilənlərə rəğmən, Red Bull-a öz mövqelərini möhkəmləndirməyə imkan vermədi. Əgər əvvəlki çempionatın ikinci yarısında konamdanın pilotları Mercedes-dən olan favoritlərin əsas təqibediciləri idilərsə, indi Milton Kinsdən olan maşınlar sürətinə görə üçüncüdürlər və həm də Ferrari-dən geri qalırlar.

Mövsümün startından bəri RBR-in pilotu cəmi bir dəfə podiuma qalxdı – Maks Ferstappen Çində üçüncü oldu. Lakin mövsümün birinci Avropa mərhələsində RB13-ü ciddi yenilənmələr gözləyir ki, bunun da miqyası trasa B versiyasından olan maşının çıxması barəsində danışmağa imkan verir.

Soçi Avtodromundakı həftəsonunun gedişində bizim ekspertlərimiz Red Bull şassisini texniki təftişə hazırlayarkən ön antiqanadın bir neçə şəklini çəkməyə müyəssər oldular. Siz qara-ağ damalı bir neçə yapışdırma görə bilərsiniz ki, bunlar trasda yüksəksürətli kameraya yazılış və yüklənmə altında elementlərin deformasiyasının təhlili zamanı istifadə olunurlar.

Kamera, adətən FOM-un istifadə etdiyi standart nöqtəyə qoyulur. Yapışdırmaları qanadın ən müxtəlif sahələrində çoxlu sayda axtarıb tapmaq mümkündür, arxadan çəkiliş burada xüsusilə faydalı oldu.

Belədə komanda hər bir detalın davranışını ayrılıqda izləyə və bundan sonrakı işləmələrin məhz hansı istiqamətdə aparılmalı olduğunu anlaya bilər.

Xatırlatmaq yerinə düşər ki, 2010-2013-cü illərdə, Red Bull-un F1-də dominant qüvvə olduğu vaxtda bir çoxları Milton Kinsdən olan konstruktorları həddən artıq mütəhərrik elementlərdən istifadə etməkdə günahlandırdılar. O zaman yüklənmə testləri bir neçə dəfə sərtləşdirildi, lakin hazırda, yaxınlarda qaydalarda aparılmış dəyişikliklərdən sonra bütün yoxlamalar əvvəlki kimi qaldı.

İndi qanadları 2016-cı ildə olduğu kimi sınaqdan çıxarırlar, ancaq onların eni 150 mm artıb. Deməli, mühəndislər bundan sonra konstruksiyanın qeyri-leqal sayılacağı o hüdudun harada yerləşdiyini araşdırmalı olacaqlar.

Əlbəttə ki, reqlament FİA-ya aparılan yoxlamaları istənilən anda, öz istəyi ilə dəyişmək hüququ verir, lakin komanda həmişə bir addım öndə olmağa çalışır ki, maksimal səmərəliliyə nail olsun.

Məlumatların toplanmasının daha bir sahəsi arxa təkərlərin önündəki altlıq hissəsi oldu. Burada komanda təkərlərin davranışını təhlil etməli olan bütöv bir test stendi yerləşdirdi.

İndi rezinin yüklənmə altında deformasiyası aerodinamik komponentlərin işinin sabitliyi nöqteyi-nəzərindən getdikcə daha artıq əhəmiyyət kəsb eləməyə başlayır və komanda təkərin özünü necə aparması haqqında getdikcə daha çox öyrənməyə can atır.

Misal üçün, altlığın çöl kənarının diaqonal kəsikləri diffuzoru, buraya arxa təkərlə təmasdan sonra istiqamətlənən turbulent havadan qorumaq üçün nəzərdə tutulub. Təkər yan yüklənmə ilə deformasiya olunduğu zaman neqativ effekt xüsusilə güclü meydana çıxır.

Həmçinin, altlığın kənarı və rezin arasındakı kiçik məsafənin nə qədər az olduğuna diqqət yetirin. Bu, təkərin fırlanması nəticəsində cəlb edilən axın həcmini azaltmağa cəhd edilərək hasilə gətirilib. Özü də, Red Bull-da yeni altlıqları həmişə lazım olduğundan azca böyük edirlər və artıq yerində bunları dəqiq kəsirlər ki, rezinlə təmas hüduduna yetə bilsinlər.

Həmçinin, komanda ön qanadın kiçik yeniləndirmələrinin işini yoxlamaq üçün az miqdarda aerodinamik boya da tətbiq etdi. Əsasını axıcılığı hasilə gətirən yağın təşkil etdiyi boya əsas kaskadın ucqar elementlərinə hücum bucağının nizamlayıcısı rayonunda çəkildi. Onun bir miqdarı da əyləclərin havauducusunun aşağı hissəsinə düşdü.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Giorgio Piola, Matt Somerfield, Afgan Haji,
Baxış Sayı 7. 133
Teqlər , , , , , , , , , , ,
Paylaş

logo