R.Barrikello Honda ilə müqavilə bağlayıb?

Təsdiq olunmayan məlumatlara görə, Rubens Barrikello əvvəllər Honda Racing adlanan keçmiş komandası ilə müqavilə imzalayıb və bu həftə Silverstounda yeni […]

Təsdiq olunmayan məlumatlara görə, Rubens Barrikello əvvəllər Honda Racing adlanan keçmiş komandası ilə müqavilə imzalayıb və bu həftə Silverstounda yeni maşının ilk testlərində Censon Battona yoldaşlıq edəcək. Ümumiyyətlə, bu həftə maraqlı olmalıdır. Rəsmi məlumat hələ yoxdur, Honda Racing-in satılması ilə bağlı olan tərəflər susmağa məcburdurlar, amma yaxın günlərdə həm yeni komandanın adı, həm də heyəti məlum olmalıdır.

Komandaya digər namizədə, GP2-nin vitse-çempionu Bruno Sennaya gəlincə, Mercedes-Motorsport-un vitse-prezidenti Norbert Hauq bu yaxınlarda işarə edib ki, braziliyalı sürücü karyerasını DTM kuzov seriyasında davam etdirə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*