R.Qrojan: “Quru havada daha güclüyük”

Haas komandasının sürücüsü Roman Qrojan etiraf edib ki, Avstraliya yarışı onların gözlədiyindən daha yaxşı keçib...

F-1.az xatırladır ki, Roman Qrojan Avstraliyada 8-ci yeri tutaraq, komandasına debüt yarışında ilk xallarını qazandırıb. Qeyd edək ki, sonuncu dəfə Toyota komandası 2002-ci ildə debüt yarışında xal qazanmışdı.

Roman Qrojan: “Düzünü desək, Melburnda düşündüyümüzdən yaxşı çıxış etdik. Həftəsonu hava şəraitinə görə pis başladı və şənbə günü də bizim üçün çətin keçdi, amma bazar günü hər şey qaydasında idi. Bolid dözümlü idi və yarışı bitirə bildik. Strategiyamız da mükəmməl idi və biz ilk gündən bolidin nəyə qadir olduğunu göstərə bildik.

Komanda daxilində mükəmməl atmosfer var. Komanda üzvləri özlərini neçə ilin tanışı kimi aparırlar. Onlarla özümü neçə ilin dost kimi hiss edirəm. Məsələn, Avstraliyada üçüncü sərbəst yürüşlərdə altlığı 25 dəqiqəyə dəyişdirdilər. Mən trasa çıxdım və gördüm ki, heç bir səhv etməyiblər.

Quru hava şəraitində işləmək bizə xeyir verir. Çünki biz yeni komandayıq və əlimizdə məlumat azdır. Bəhreyndə həmişə quru hava olur. Bu bizə bolidi tanımağa kömək edəcək. Bəhreyndə çox şey edə bilərik. Bolidi inkişaf etdirib, daha yaxşı nəticələr qazana bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*