20 Noyabr 2017, Bazar ertəsi - 06:04

R.Qrojan ilk dəfə Haas-ın simulyatorunda çalışıb

R.Qrojan ilk dəfə Haas-ın simulyatorunda çalışıb

Müəllif: Rauf Hacıyev, redaktor

19:23 - 11 Fevral, 2016

Roman Qrojan bildirib ki, Haas-ın yeni bolidini simulyatorda test edib və çox təsirlənib…

F-1.az xatırladır ki, Qrojan keçən ilin sonunda Lotus-dan Haas komandasına transfer olub.

Fransalı sürücü yeni komandasının simulyatorunda ilk dəfə məşq edib və təəssüratlarını bölüşüb: “Əvvəlcə bir neçə problemimiz oldu. Məsələn, qaz pedalında, əylənmədə və ERS-də. Amma ilk təəssüratlarım müsbətdir. Problemlərin çoxunu həll etdik.

Aerodinamik boruda əldə etdiyimiz nəticələri müqayisə etmək üçün əyləc, qaz, differensial və aerodinamika üzərində işlədik.

Simulyator sizə ancaq ümumi məlumat verir. Ancaq mənə elə gəlir ki, maşın yaxşıdır. Əldə etdiyimiz məlumatlar aerodinamik boru ilə üst-üstə düşür. Ancaq tras üzərində nəticələr fərqli ola bilər. Məsələn, Lotus-un simulyator və tras məlumatları çox vaxt fərqli olurdu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 230
Teqlər ,
Paylaş

logo