18 Oktyabr 2017, Çərşənbə - 00:18

R.Kubitsa: “Mən əla formadayam və bu, yaxşı əlamətdir”

R.Kubitsa: “Mən əla formadayam və bu, yaxşı əlamətdir”

Müəllif: Elçin Zodorov, redaktor

12:14 - 03 Avqust, 2017

Robert Kubitsa Macarıstanda keçirilən mövsümiçi testlərin ikinci günündə ilk dəfə 2017-ci ilin maşınının sükanı arxasında əyləşib. Polşalı sürücü Renault R.S.17 ilə 142 dövrə vurub və günün ən yaxşı dördüncü nəticəsini göstərib.

F-1.az xəbər verir ki, Robert jurnalistlərə verdiyi müsahibəsində testlər və Formula1-ə əsas sürücü kimi qayıtmaq perspektivlərindən danışıb.

Robert Kubitsa: “Gün mənim üçün və komandam üçün məhsudlar alındı. Sınaqdan keçirməli olduğumuz bir çox şey var idi və biz proqramımızı tam yerinə yetirə bildik. Hər şey əla keçdi, hava da çox isti idi. Mən böyük məsafə qət etdim və deyə bilərəm ki, yeni maşınların əvvəlkilərlə çox az ortaq nöqtəsi var. Yeniliklər çoxdur və uyğunlaşmaq üçün zaman lazımdır – biz bunu başa düşürük. Əlbəttə, biz həmişə ən yaxşısını istəyirik, lakin realist olmaq lazımdır. Bununla belə, düşünürəm ki, yaxşı işlədik.

Hunqarorinq fiziki güc tələb edən mürəkkəb trasdır. Mən də bunu bilirdim və bura gələrkən Niko Hülkenberq mənə dedi ki, Hunqarorinqdə maşını yaxşı idarə edə bilsən, istənilən trasda bunun öhdəsindən gələcəksən. Əksər sürücülər kimi, mənim üçün də çətin oldu. Düşünürdüm ki, belə olacaq və bunu gizlətmirəm. Lakin hər şey qaydasında getdi və 140 dövrədən çox məsafə qət etdim. Əgər sabah da testlər olsaydı, mən asanlıqla sükan arxasına keçə bilərdim. Çünki əla fiziki formadayam və bu, yaxşı əlamətdir.

Özümü yaxşılaşdıra biləcəyim sahələr var və bu, həmişə belə olur. Üç ay əvvəl desəydilər ki, bura gələcəm və 140-dan çox dövrə vuracam, dərhal razılaşardım. Lakin trasda daha artığını etmək istəyirəm. Çıxışımdan razıyam, amma 100% yox. Bu gün dönüş nöqtəsi idi. Mən səhər saat 9-da maşına əyləşdim və kokpiti bir də fasilədə tərk etdim. Baş verənləri dərk etməyə, dəyərləndirməyə mənim sadəcə vaxtım yox idi, mən məlumat toplayırdım, onları təhlil etmək imkanım yox idi.

Maşını tərk etdikdən sonra istirahət üçün vaxtım peyda oldu – bir saatdan sonra sükan arxasına qayıtdım. Dərhal özümü fərqli sürücü kimi hiss etdim, maşın artıq mənə tanış idi – bu yaxşı əlamət idi. Bir çoxları hesab edirlər ki, yalnız sükan arxasında inkişaf etmək olar, amma sükandan kənarda nəyin hesabına sürətlənməyin mümkün olması barədə düşünməklə də inkişaf etmək olar. Fasilə zamanı məhz bu baş verdi. Əminəm ki, sabah sükan arxasında işləsəydim, daha sürətli olardım – maşında özümü daha rahat hiss edərdim, komandanı daha yaxşı tanıyardım, hər şey daha təbii olardı.

Gələcəklə bağlı planlarım? Səhər evə qayıdıram! Bilmirəm. Mən hər bir imkandan istifadə etməyə hazıram, amma bilmirəm daha bir imkan olacaqmı. Görək, necə olur…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 270
Teqlər , , ,
Paylaş

logo