19 Noyabr 2017, Bazar - 19:47

R.Kubitsa Formula1 maşını ilə testlərini uğurla başa vurub (video)

R.Kubitsa Formula1 maşını ilə testlərini uğurla başa vurub (video)

Müəllif: Elçin Zodorov, redaktor

21:13 - 06 İyun, 2017

Polşalı sürücü 2011-ci ildə keçirdiyi ağır qəzadan sonra ilk dəfə Formula1 maşınının sükanı arxasında əyləşib.

F-1.az Robert Kubitsanın Valensiyada Lotus-un 2012-ci il bolidi ilə testlər edəcəyini xəbər vermişdi. Testlər bu gün baş tutub – Robert Lotusun 2012-ci ildə istifadə etdiyi və Renault-nun builki maşınının rənglərinə boyanmış E20 ilə 115 dövrə vurub. Testlərə bir neçə dəfə uzun fasilə verilib, bu fasilələr zamanı maşının çəni yanacaqla tam doldurulub və Kubitsa ardıcıl dövrələr vurub. Bundan başqa, sıralanma turu və start simulyasiyaları edib.

Renault komandası rəsmi Twitter hesabında yazıb: “Biz niyə susurduq? Çünki bu gün Robertin xüsusi testləri var idi”.

Komandanın mətbuat xidməti başqa bir paylaşımında isə belə yazıb: “Robert asfaltla ilişmənin səviyyəsindən, əskik dönüşlükdən və asfaltayatma qüvvəsindən şikayətlənirdi, lakin 115 dövrədən sonra onun üzündə təbəssüm var idi”.

Xatırladaq ki, bundan əvvəl son dəfə 2011-ci ildə qış testlərində Formula1 bolidinə əyləşən Robert həmin il fevralın 6-da İtaliyada rallidə qəzaya uğrayaraq sağ çiynindən, qolundan və ayağından ciddi zədələr almışdı. O, 2013-cü ildə WRC karyerasını bərpa etsə də, sağ qolunun məhdud hərəkəti üzündən təkoturacaqlı maşınlarda yarışa bilmirdi. Polşalı sürücü bu il WEC-də iştirak etməyə razılıq versə də, son anda imtina etmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 030
Teqlər , , ,
Paylaş

logo