R.Haryanto Manor-da yarışmağa çox yaxındır

Manor komandasında Paskal Verlyaynın komanda yoldaşı Rio Haryanto ola bilər.

F-1.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Manor komandası artıq Uill Stivens ilə maraqlanmır. Bundan sonra Manor-un ikinci pilot vakansiyası üçün Rio Haryanto ilə Aleksandr Rossi mübarizə aparacaq.

Ancaq Manor komandası böyük ehtimalla Rio Haryantonu seçəcək. Buna səbəb isə Haryantonu İndoneziya hökümətinin maliyyələşdirməsidir.

Beləliklə, Manor komandası 2016-cı ildə yeni komanda rəhbəri, yeni bolid, yeni mühərrik və 2 yeni sürücü ilə yarışacaq.

Rəsmi açıqlama bir neçə gün ərzində veriləcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*