19 Noyabr 2017, Bazar - 08:52

Qış testlərində cavab axtardığımız suallar

Qış testlərində cavab axtardığımız suallar

Müəllif: Rauf Hacıyev, redaktor

08:20 - 17 Fevral, 2016

Təxminən 3 aylıq qış yuxusundan sonra gələn həftə Formula1-də qış testləri başlayacaq və Formula1 üzrə 2016-cı il mövsümü start götürəcək…

F-1.az xəbər verir ki, hazırda komandaların ixtiyarında 8 günlük test proqramı var. İkinci qış testləri mart ayının 4-ündə bitəcək və ondan sonra hamı mövsümün ilk yarışı olan Avstraliya QP-ni gözləyəcək.

Həm Formula1 fanları, həm də jurnalistlər 2016-cı il bolidlərini trasda görmək üçün səbrsizliklə gözləyirlər. Fevral ayının 22-sində bu sualların çoxusu cavabını tapacaq.

İlk testlər zamanı hamının beynində yaranan 6 sualı Motorsport.com saytı dəyərləndirib.

Bolidlər daha yaxşı səs çıxaracaqmı?

2016-cı il mövsümündə keçən ilə nisbətən daha az texniki tənzimlənmə edilib. Turbo erasından sonra bolidlərin səsi zəiflədi və FİA bu mövzu üzərində işləməyə başladı. Komandalar artıq əlavə bir detal ilə qazburaxma borusunu uzadacaq və səsin güclənməsini təmin edəcək. Zavodda F1 bolidlərinin işə salınma prosesində səsin 25 faiz artdığını gördük.

Onu da qeyd edək ki, işəsalınma prosesi qapalı şəraitdə reallaşdırılıb və açıq havada səsin necə çıxacağı hələ də bilinmir. Fevralın 22-də biz bu suala cavab tapacayıq.

Mercedes təkamül edib ya inqilab edib?

Mercedes AMG komandası keçən ilin sonunda yeni detalları test etməyə başlamışdı. Ona görə də Mercedes-in yeni mövsümə necə başlayacağı hamıya maraqlıdır.

Mercedes komandası Braziliya QP-də yenilənmiş asılqan və S-Duct (hava kanalı) komponentlərindən istifadə etmişdi. Almanlar yeni detalları test edərək, Ferrari-nin təzyiqinə qarşı aerodinamik sahədə inkişaf etmək istəyirlər.

Mercedes-in yeni detalları, deyilənə görə, yaxşı işləyir. Görək Mercedes komandası testlərdə hər hansı bir sürprizlə qarşılaşacaqmı?

Ferrari çempionluq yarışı verə biləcək?

Mövsümöncəsi testlər yeni mövsümlə bağlı heç bir şeyə dəqiq cavab vermir, amma bəzi ip ucları verə bilir.

Hamı 2016-cı ildə sıx mübarizə gözləyir və deyilənə görə, Ferrari mühərrik cəhətdən Mercedes-ə çatmaq üçün cəsur addımlar atıb və aerodinamik cəhətdən artıq Mercedes-lə eyni səviyyədədir.

Test nəticələrindən tam nəticə çıxara bilmərik, çünki problemi olan komandalar boş çən ilə trasa çıxıb problemlərini dəfələrlə gizlədiblər. Dövrə nəticələrinin əvəzinə maksimum sürət, təkər istifadəsi və uzun dövrələrə nəzər yetirmək lazımdır. Bunların cavabını testlərdə görəcəyik.

Hər hansı bir komanda işləri daha da korlayıb?

İlk testlər bizə hər şeyi göstərə bilməsə də, komandaların etdikləri səhvləri göstərə bilər.

Mercedes və Ferrari keçən il bəzi yarışlarda bir-biri ilə yaxın mübarizə apardı. Bu il iki komandadan birinin səhv etməsi çempionu dəyişdirə bilər.

Renault-nun idmana qayıtması, Sauber-in sıfırdan bolid yığması və bunun gecikməsi, McLaren-in yeniliklərini düşünsək, orta yerlər uğrunda sıx mübarizə izləyə bilərik. Ona görə də səhv edən komanda orta qrupun gerisinə düşə bilər.

McLaren Honda nə edəcək?

Mclaren Honda keçənilki qış testlərində etibarlılıq problemləri yaşamışdı və testlər ərzində çox az dövrə ata bilmişdi. Ona görə də Mclaren Honda-nın yeni mövsümdə nə edəcəyi hamıya maraqlıdır. Buna görə də, komandanın üzərindəki təzyiq artır.

Honda tərəfi bildirib ki, yeni mövsümdə də “Sıfır bədən” dizaynına davam edəcəklər, amma  güc qurğusunun dizaynında cəsarətli addımlar atıblar.

Haas komandası uğurlu olacaqmı?

Formula1-də bu il debüt edəcək Haas komandasının nələr edəcəyi hamıya maraqlıdır. Amerikalı istehsalçı Ferrari ilə texniki cəhətdən müqavilə bağlayıb. Ona görə də fanların böyük əksəriyyəti Haas komandasından surpriz gözləyir.

Haas komandasının güclü bünövrəsi var. Onların nə edəcəyini ilk testlərdə görəcəyik.

Bir daha xatırladaq ki, Formula1-də birinci qış testləri fevralın 22-də başlayacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 379
Teqlər , , , , ,
Paylaş

logo