13 Dekabr 2017, Çərşənbə - 15:19

Pirelli yarışda bir və ya iki pit-stop gözləyir

Pirelli yarışda bir və ya iki pit-stop gözləyir

Müəllif: Elçin Zodorov, redaktor

08:11 - 16 İyul, 2017

Pirelli Silverstounda təkərlərin işindən razı qalıb. SuperSoft-la trasın yeni rekordu müəyyənləşib – 1:26.600. Bu, keçənilki poul nəticəsini 2.5 saniyə üstələyir.

F-1.az xəbər verir ki, italyan şirkət sabahkı yarışda maksimum iki pit-stopluq strategiya gözləyir.

Mario İzola: “Ən maraqlı strateji gediş Bottasın bu gün ikinci sessiyada Soft təkərlərlə iştirak edərək sabahkı yarışa elə bu tərkiblə başlamağa qərar verməsi oldu. O, ilk pit-stopa qədər daha uzun məsafə qət edəcək rəqiblərini üstələməyə çalışacaq.

Bu gün temperatur 20 dərəcədən aşağı idi – belə hal nadir hallarda olur. Sessiyanın əvvəlində asfalt nəm idi. Lakin bütün bunlara baxmayaraq, Həmilton trasın rekordunu yenilədi. Biz sabah SuperSoft-ların aşınmasından asılı olaraq, bir və ya iki pit-stop gözləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 353
Teqlər , , ,
Paylaş

logo