Pirelli öz işindən razı qalıb

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, gələn ilin təkərlərindən razı qalıblar.

F-1.az xatırladır ki, italiyalılar gələn ildən etibarən təkər sırasını genişləndirəcəklər və sürücülərin ixtiyarında 7 növ quru təkər növü olacaq.

Mario İzola: “2017-ci il mövsümündə bir neçə rekord qırıldı. Komandalar bu il 25 faiz daha enli olan təkərlərdən istifadə etdi və bəzi traslarda dövrəvi rekordlar qırıldı.

Əbu Dabidə ikigünlük testlərdə gələn ilin təkərlərini ilk dəfə test etdik. Hər komandanın ixtiyarında 20 dəst təkər var idi. Pirelli olaraq bunun 12-ni biz seçdik. Qalanını isə komandalar. 23 fərqli sürücü həm sıralanma, həm də yarış tempində işlədilər. Medium təkərlərdən HyperSoft təkərlərə qədər hamısını test etdik. Bütün sürücülər müsbət fikirdə idilər.

Yeni HyperSoft təkərlər istəklərimizə uyğundur. Bu tərkib UltraSoft-dan bir saniyə sürətli idi. Amma bunu digər traslarda da isbatlamalıyıq. Gələn ilin təkərləri komandaların tələbləri ilə yumşaldıldı. HyperSoft təkərlər bu ilin UltraSoft təkərlərindən iki dəfə yumşaq olacaq. Artıq birinci qış testlərinə hazırlaşacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*