22 Noyabr 2017, Çərşənbə - 07:39

Pirelli komandalarla iş strukturunu dəyişib

Pirelli komandalarla iş strukturunu dəyişib

Müəllif: Elçin Zodorov, redaktor

08:07 - 29 İyun, 2017

Manuel Munos Pirelli Motorsport-un baş yarış mühəndisi təyin olunub və gələn həftə Avstriya Qran Prisindən etibarən vəzifəsinin icrasına başlayacaq.

F-1.az xəbər verir ki, ispan mütəxəssis Pirelli-nin mühəndislərinin komandalarla işlərini koordinasiya edəcək və şirkətin avtoidman bölməsinin rəhbəri Mario İzolaya hesabat verəcək. Şirkət bu barədə rəsmi açıqlama verməyib, sadəcə komandaları xəbərdar etməklə kifayətlənib.

Qeyd edək ki, Manul Munos əvvəllər müxtəlif komandalarda, xüsusilə də, Ferrari (2011-2012), Lotus (2013-2014), McLaren (2015-2016) və Red Bull-da (2017) Pirelli-nin mühəndisi kimi çalışıb. Pirelli-yə gələnə qədər isə Toyota komandasının tərkibində 3 il (2007-2009) strategiya üzrə mütəxəssis olub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 962
Teqlər , , ,
Paylaş

logo