Pirelli İspaniya və Kanada Qran Priləri üçün təkər seçimini elan edib

Pirelli ilk Avropa və Amerika yarışları üçün tərkib seçimini açıqlayıb - hər iki halda keçən illə müqayisədə "yumşalma" var.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

İtalyalı təkər istehsalçısı Barselonaya Medium, Soft və Supersoft təkərləri gətirəcək. Medium və Soft tərkibləri məcburi elan edilib, yəni yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır. Keçən mövsüm buraya Hard, Medium və Soft üçlüyü gətirilmiş, Hard təkərlər sürücülər tərəfindən kəskin təndiq edildiyindən bir daha heç bir yarışa seçilməmişdi.

Pirelli Kanadaya ən yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft təkərləri gətirəcək. UltraSoft və SuperSoft tərkiblər məcburi elan olunub. Xatırladaq ki, sürücülər keçən il burada Soft, SuperSoft və UltraSoft tərkiblərdən istifadə etmişdilər.

Mərhələ / Tərkiblər SuperHard Hard Medium Soft SuperSoft UltraSoft HyperSoft
Markalanma rəngi Narıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
Avstraliya Qran Prisi Soft SuperSoft UltraSoft
Bəhreyn Qran Prisi Medium Soft SuperSoft
Çin Qran Prisi Medium Soft UltraSoft
Azərbaycan Qran Prisi Soft SuperSoft UltraSoft
İspaniya Qran Prisi Medium Soft  SuperSoft
Monako Qran Prisi
Kanada Qran Prisi SuperSoft UltraSoft HyperSoft
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*