18 Noyabr 2017, Şənbə - 00:58

P.Hembri: “Soft biz istədiyimiz kimi tez yeyilmir”

P.Hembri: “Soft biz istədiyimiz kimi tez yeyilmir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:54 - 09 Mart, 2012

Keçən il Soft tərkibi Pirelli üçün əsas idi, çünki bütün Qran Prilərdə bu tərkibdən istifadə olunmuşdu və komandalar yarışa strategiyanı […]

Keçən il Soft tərkibi Pirelli üçün əsas idi, çünki bütün Qran Prilərdə bu tərkibdən istifadə olunmuşdu və komandalar yarışa strategiyanı məhz bu tərkib üzərində qurmuşdular. Keçən il Medium və Hard tərkibləri daha böyük resursa malik idilər, amma sürətdə uduzurdular, ən yumşaq SuperSoft tərkibi isə asfaltla yaxşı ilişməni təmin etsə də, çox tez yeyilirdi.

2012-ci ildə əsas rolu Medium tərkibi oynayacq – faktiki olaraq keçənilki Soft-un builki adıdır. Yeni Soft isə təkər ustalarınının planına əsasən, daha tez yeyilməli idi, amma ilkin hesablamalar mövsümöncəsi testlərin nəticələrinə uyğun olmayıb. Komandalar artıq yeni təkərlərə öyrəşiblər, sorucu diffuzorların qadağasından sonra asfalta yatma qüvvəsi də azalıb, nəticədə yeni Soft testlərdə daha böyük məsafə qət etməyə imkan verirdi.

Pol Hembri, Pirelli Motorsport: “Bu il Soft biz istədiyimiz kimi tez yeyilmir, amma unutmayaq ki, Malayziyada asfaltın temperaturu +50 dərəcə olaacq. Bundan başqa, komandalar maşın üzərində işlərini davam etdirirlər və asfalta yatma qüvvəsi artacaq. Hərçənd, yarışlarda baxımlılığı artırmaq üçün biz özümüzlə SuperSoft götürə bilərik.

Biz təkərlə işimizdə inkişaf etmişik. İndi trasda trayektoriyadan kənar qırıntıların sayı azalacaq, bu isə sürücülərə ötmə zamanı kömək edəcək. Ümumən tərkiblər yumşalıb və daha tez qızırlar – bu problemi də həll edə bilmişik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 81
Teqlər
Paylaş

logo