15 Dekabr 2018, Şənbə - 04:00

P.Qasli: “Super Formula mənə kömək etdi”

P.Qasli: “Super Formula mənə kömək etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

09:21 - 24 Aprel, 2018

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildiirb ki, Super Formula seriyasında çıxış etməsi ona çox şey öyrədib.

F-1.az xatırladır ki, fransalı sürücü 2016-cı ildə GP2-də çempion olduqdan sonra Red Bull şirkəti onu Super Formula seriyasında yarışmağa göndərmişdi.

Pyer Qasli: “Yaponlar və italyanlar komandada bir yerdə işləyirlər. Yaponlar əllərindən gələni edirlər. Çünki insanlara yaxşı mühərrik düzəldə biləcəklərini isbatlamaq istəyirlər. Testlərdə etibarlılıq problemimiz olmadı. Məncə, yaponiyalı mühəndislər işlərinə yaxşı fokuslanıblar. Hədəflərinə çatmaq üçün gündə 20 saat işləməyə belə razıdırlar. Hər şeyi sınayırlar. Bu təcrübənin belə faydalı olacağı bir il əvvəl ağlıma gəlməzdi. Yaponlarla münasibət qurmağı və onların güvənini qazanmağı öyrəndim. Onlara qarşı həmişə şəffaf olmalısınız və Avropaya nisbətən fərqli davranmalısınız. Super Formula-da Honda ilə keçirdiyim bir mövsüm mənə bunları öyrətdi. Ümid edirəm ki, bunlar hamımızın işini asanlaşdırar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 150
Teqlər , , ,
Paylaş

logo