10 Dekabr 2018, Bazar ertəsi - 15:26

P.Qasli Red Bull-da yarışmağa hazırdır

P.Qasli Red Bull-da yarışmağa hazırdır

Müəllif: Rauf Hacıyev, redaktor

12:10 - 10 Avqust, 2018

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Red Bull-da yarışmağa hazırdır.

F-1.az xatırladır ki, Rikkardo ayrıldıqdan sonra Red Bull üçün Qasli və Saynsın adları hallanır.

Pyer Qasli: “Təbii ki, orada çıxış etmək istəyərəm. Amma bu barədə çox düşünmürəm. Toro Rosso-da xoşbəxtəm. Hazırda heç bir qərar verilməyib. Düşünəcəm. Karlos üçün də eyni hal keçərlidir. İkimiz də vəziyyətə baxacağıq.

Əgər sürətliyəmsə, əlimə fürsət düşəcək. Sürətliyəmsə, gerisi gələcək. Red Bull-da bəzi sürücülər uğursuz olub getdilər. Amma Ferstappen, Fettel və Rikkardo güclü olduqlarını isbat etdilər.

Brendon sürətli sürücüdür və işimi asanlaşdırmır. Gələnilki komanda yoldaşım barədə düşünmürəm. Çünki yaxşı performans üçün ən güclüsünə qarşı mübarizə aparmalıyam. Formula1-də ilk mövsümümdür və 22 yaşım var. Toro Rosso-nun mənə ehtiyacı var və burada olduğum üçün xoşbəxtəm. Lakin çempionluq uğrunda mübarizə aparmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 118
Teqlər , ,
Paylaş

logo