14 Dekabr 2018, Cümə - 16:46

P.Qasli: “Honda problemləri həll etməlidir”

P.Qasli: “Honda problemləri həll etməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:15 - 14 Yanvar, 2018

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Honda etibarlılıq problemlərini həll etməlidir.

F-1.az xatırladır ki, Toro Rosso komandası bu ildən etibarən Honda mühərriklərindən istifadə edəcək. Qeyd edək ki, yaponiyalı şirkətin istehsal etdiyi mühərriklər son illərin ən etibarsız mühərrikləridir.

Pyer Qasli: “Fevralda Toro Rosso-nun bazasına gedəcəm. Daha əvvəl oturacağın sazlanması üçün getmişdim, amma mövsüm yaxınlaşdıqca işlərimiz artır. Test dövrü bizim üçün çətin keçəcək. Yeni mühərriklə yarışacağıq və keçmişdəki problemlərdən xəbərdarıq. Amma inanırıq ki, Honda bu problemləri həll edəcək. Avstraliya yarışından əvvəl 8 günlük iki test sessiyası olacaq və bu çox azdır. Lakin hamı motivasiya ilə işləyir. Əminik ki, ilk yarışa qədər hazır olacağıq. Ümid edirəm ki, gözəl mövsüm olar. İlk tam mövsümümdə yaxşı performans göstərmək istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 203
Teqlər ,
Paylaş

logo