22 Avqust 2018, Çərşənbə - 03:34

P.Lou: “Yeni təkər reqlamenti mükəmməldir”

P.Lou: “Yeni təkər reqlamenti mükəmməldir”

Müəllif: Rauf Hacıyev, redaktor

21:57 - 21 Mart, 2016

Mercedes AMG komandasının texniki direktoru Pəddi Lou yeni qaydalar haqqında danışıb…

F-1.az xəbər verir ki, Pəddi Lou bildirib ki, yeni qaydalar Avstraliya QP-yə müsbət yöndə təsir edib və idmana həyəcan gətirib. Lou əlavə edib ki, yeni qaydalar keçən ilin ortasından gündəmdə olub.

Pəddi Lou: “Trasa baxdığımız zaman görürük ki, bolidlərin birində Medium təkər, digərində SuperSoft təkərlər var. Məncə, bu hal çox yaxşıdır. Ötmələr artıb və təkər seçimlərinə görə sıralanma dövrələrində də həyəcan artıb.

Biz komanda olaraq, medium təkərlərə xüsusi diqqət ayırdıq və Barselonada əsasən bu təkərdən istifadə etdik. Təkərlər arasındakı sürət fərqi çox olsa da, medium təkərlərlə daha çox məsafə qət edə bilərsiniz.

Amma mən düşünürəm ki, həm sərbəst yürüşlərdə, həm də yarışda istifadə etmək üçün əlavə təkər dəstləri olmalıdır”.

Qeyd edək ki, Mercedes AMG komandası bu il Avstraliya QP-nin sıralanma turunda mövsümdə ilk dəfə SuperSoft təkərlərdən istifadə edib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 366
Teqlər ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo