23 Oktyabr 2017, Bazar ertəsi - 02:42

P.Lou: “Mercedes UltraSoft təkərə hələ uyğunlaşa bilməyib”

P.Lou: “Mercedes UltraSoft təkərə hələ uyğunlaşa bilməyib”

Müəllif: Elçin Zodorov, redaktor

08:35 - 28 May, 2016

Mercedes AMG-nin texniki direktoru Pəddi Lou yeni təkər tərkibinə tezliklə öyrəşəcəklərinə inanır.

F-1.az xəbər verir ki, Monakoda cümə axşamı keçirilən 2-ci sərbəst yürüşlərdə Red Bull-dan geri qalan Mercedes komandasında cümə günü aparılan analizlərə əsasən, yeni tərkiblərdən maksimum nəticə əldə edəcəklərinə tam inanırlar.

P.Lou: “Barselonada UltraSoft təkərləri yoxlamadıq. Monakoya qədər, ümumiyyətlə, bu təkərlərdən istifadə etməmişik. Buna baxmayaraq, Monakoya gətirilən təkərlərin fevral ayında Barselonadakı kimi işləyəcəyini gözləmirdik. Keçən ildən bəri trasın asfalt örtüyü bəzi yerlərdə yenilənib. Bunun təkərlərə necə təsir edəcəyini əvvəlcədən bilmək olmur. Buna görə də, simulyatordan aldığımız nəticələrdən fərqli nəticələr əldə edə bilərik. Trasa çıxıb bunları kəşf etməliyik.

UltraSoft təkərlərlə neçə dövrə vura biləcəyimizi öyrənməliyik. Sıralanma turlarının son mərhələsində təkərlərdən yaxşı istifadə etmək üçün normal hallarda olduğundan daha artıq işləyəcəyik və öyrənməyə çalışacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 279
Teqlər , , , ,
Paylaş

logo