18 Oktyabr 2017, Çərşənbə - 00:16

P.di Resta Williams-la Formula1-ə qayıdır

P.di Resta Williams-la Formula1-ə qayıdır

Müəllif: Rauf Hacıyev, redaktor

08:17 - 14 Mart, 2016

Eks Formula1 sürücüsü Pol di Resta Formula1-ə geri dönür. Bəzi söz-söhbətlərə görə, şotlandiyalı sürücü Williams komandasının ehtiyat sürücüsü olacaq…

F-1.az xatırladır ki, Pol di Resta 2011-ci ildə Formula1-də debüt edib, amma 2013-cü ilin sonunda Force İndia komandası onunla yeni müqavilə imzalamayıb və o, Formula1-dən getməli olub. Britaniyalı sürücü hazırda DTM seriyasında mübarizə aparır.

Amma di Resta Formula1-ə qayıtmaq üçün fürsət axtarırdı. Williams komandası isə Adrian Sutil getdikdən sonra komandaya təcrübəli ehtiyat sürücü axtarırdı.

BBC kanalının verdiyi xəbərə görə Williams komandası artıq di Resta ilə müqavilə bağlayıb. Komanda yeni transferini bu həftə ərzində açıqlayacaq.

Bu da o deməkdir ki, Valtteri Bottas və ya Felipe Massa yarışa bilməsə, di Resta onları əvəz edəcək.

Xatırladaq ki, Bottas keçən il Avstraliya yarışını buraxmalı olmuşdu və Williams komandası həmin yarışda bir bolidlə mübarizə aparmışdı.

Britaniya təmsilçisi bu barədə açıqlama verməsə də, yeni transferi barədə Avstraliya QP-dən əvvəl bəyanat verməsi gözlənilir….

Qeyd edək ki, Aleks Lin və Ləns Stroll komandada developer sürücüdürlər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər , , , , , , ,
Paylaş

logo