25 Sentyabr 2017, Bazar ertəsi - 13:49

Ölkəmizdə ən yüksək sürət qeydə alınıb

Ölkəmizdə ən yüksək sürət qeydə alınıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:16 - 28 İyun, 2017

Keçən il olduğu kimi bu il də ölkəmizdə baş tutan Qran Pridə yüksək sürətlər qeydə alınıb.

F-1.az bildirir ki, bu il texniki reqlamentdə olan ciddi dəyişikliklər üzündən ölkəmizdə baş tutacaq Qran Pridə keçənilki nəticələrin yaxşılaşdırılması gözlənilmirdi. Xatırladırıq ki, keçən il ölkəmizdə baş tutan ilk milli Qran Prinin sıralanma turunda Williams komandasının sürücüsü Valtteri Bottasın göstərdiyi 366.1 km/saat sürət uzun müddət (Meksika Qran Prisinədək) mövsümün rekordu qalmışdı. Keçənilki yarışda Lyuis Həmilton Neftçilər prospektindəki uzun düzlükdə 364.4 km/saat sürət yığa bilmişdi.

Keçənilki nəticələrə görə Bakı Şəhər Halqası hələ də ən sürətli şəhər trası statusunu saxlamaqdadır.

Arxada qalan 8 yarışdan sonra Bakıda göstərilən sürətlər yeni maşınlar arasında rekord olub. Yarışda qələbə qazanan Daniel Rikkardo bir gün əvvəl sıralanma turunun son sessiyasında qəza etsə də, bundan bir qədər əvvəl onun RB13-ü düzlükdə 356.3 km/saat sürət yığa bilib. Yarışın gedişində isə ən sürətli sürücü Valtteri Bottas olub – son metrlərdə ikinciliyə yüksəlməyi bacaran finlandiyalı sürücü bu il 354.4 km/saat sürətlə kifayətlənməli olub.

Mövsümün sonuna kimi bu sürətlər yalnız iki trasda yenilənə bilər – İtaliya və Meksika Qran Prilərini gözləməliyik…

YerQran PriSıralanma turuYarış
Sürücükm/saatSürücükm/saat
1AvstraliyaLəns Stroll (Williams)328.6Daniil Kvyat (Toro Rosso)320.8
2ÇinKevin Maqnussen (Haas)329.7Felipe Massa (Williams)336.4
3BəhreynLəns Stroll (Williams)333.3Lyuis Həmilton (Mercedes AMG)331.6
4RusiyaValtteri Bottas (Mercedes AMG)331.5Valtteri Bottas (Mercedes AMG)331.4
5İspaniyaSebastyan Fettel (Ferrari)326.5Felipe Massa (Williams)339.6
6MonakoEsteban Okon (Force İndia)297.2Esteban Okon (Force İndia)292.7
7KanadaPaskal Verlyayn (Sauber)335.0Sebastyan Fettel (Ferrari)344.1
8AzərbaycanDaniel Rikkardo (Red Bull)356.3Valtteri Bottas (Mercedes AMG)354.4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 19. 173
Teqlər , , ,
Paylaş

logo