N.Rosberq: “Çempion olmasam, getməzdim”

Son dünya çempionu etiraf edib ki, mövsümü ikinci yerdə tamamlayacağı halda ən azı daha bir il yarışardı.

F-1.az xatırladır ki, keçən həftəsonu Əbu Dabidə dünya çempionu olan Niko Rosberq dünən Vyanada Formula1 karyerasını başa vurduğunu açıqlayaraq hamını şoka salmışdı. O, çempion olduğu üçün karyerasını bitirdiyini etiraf edib.

Niko Rosberq: “Əgər mövsümü ikinci yerdə başa vursaydım, daha bir il də yarışardım. Yolumdan dönməzdim. Son yarışlar xüsusilə çətin keçdi. Əbu Dabidə damalı bayrağı görmək və çempion olduğumu bilmək gözəl idi. Lyuisə böyük hörmət bəsləyirəm. Titulu onu məğlub edərək qazanmaq əla hissdir, çünki Lyuis tarixin ən yaxşı sürücülərindən biridir.

Burada olduğum üçün qürurluyam. Son dörd gün ərzində 15 dəfə ağladığımı deyə bilərəm. Bu çempionluq mənim uşaqlıq xəyalım idi. Altı yaşımdan bəri bunu arzulayırdım. İlk gündən bunun üçün yarışdım və nəhayət, bacardım. Missiyamı tamamladım. Xəyallarım reallaşdı və artıq başqa şeylər etmək istəyirəm. Gələcəyə baxıram və ürəyimin səsini dinləyib yolumu seçəcəm…”

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*