19 Oktyabr 2018, Cümə - 02:44

N.Lauda: “Rosberqin qələbə qazanması yaxşı oldu”

N.Lauda: “Rosberqin qələbə qazanması yaxşı oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

12:38 - 22 Mart, 2016

Mercedes AMG komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Rosberqin 2016-cı il mövsümünə qələbə ilə başlaması ona yüksək motivasiya gətirəcək…

F-1.az xatırladır ki, Niko Rosberq iki ildir ki, komanda yoldaşı Lyuis Həmiltondan geri qalır, amma almaniyalı sürücü keçən ilin sonunda 3 yarışda ardıcıl qələbələr qazanmışdı və bu mövsümdə də qələbə seriyasını davam etdirdi.

Niki Lauda: “Rosberq sərbəst yürüşlərdə zəif çıxış etdi. Lyuis həmişəki kimi güclü idi, ancaq yarışda işlər dəyişdi. Ona görə də bu Rosberq üçün, xüsusən də, bizim üçün yaxşı yarış idi.

Mövsümə yaxşı başlamaq üçün buna ehtiyacımız var idi. Bu qələbə onun özünə inamını artıracaq. Əgər yarışı Lyuis qazansaydı, bu, Rosberqə pis təsir edərdi. Çünki Lyuis yarış qazananda, Rosberqə pis təsir edir.

Ona görə də bu yarış ona zehni cəhətdən qüvvətli olmağa kömək edəcək və biz gələn yarışa yüksək əhval ruhiyyədə gedəcəyik. Onun üçün də, bizim üçün də yaxşı oldu. Onlar bir-biri ilə nə qədər çox mübarizə aparsalar, bu mənim üçün yaxşı olar”.

Lauda həm də Ferrari komandası ilə mübarizə barədə danışıb: “Qorxuram ki, daha çox mübarizə aparacayıq, çünki Ferrari sürətlidir və buna şübhə yoxdur. Növbəti mübarizəni səbrsizliklə gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 303
Teqlər , , ,
Paylaş

logo