18 Noyabr 2018, Bazar - 12:10

N.Lauda: “Çində ötmələrin sayı artacaq”

N.Lauda: “Çində ötmələrin sayı artacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

19:08 - 03 Aprel, 2017

Formula1 üzrə üçqat Dünya Çempionu Niki Lauda bildirib ki, Şanxayda ötmələrin sayı Avstraliyaya nisbətən çox olacaq.

F-1.az xatırladır ki, yeni bolidlərdə asfaltayatma qüvvəsi artdığı üçün bolidlərin bir-birlərini izləməsi çətinləşib. Hələ keçən ildən ötmələrin sayının azalacağını düşünənlər var idi.

Bu düşüncələr Avstraliyada özünü təsdiqləyib və Melburnda cəmi 5 ötmə olub, amma Lauda Çin yarışı üçün nikbin düşünür: “Albert Park dar və kələ-kötürlü olduğu üçün orada ötmə etmək çətindir, amma Çindəki tras həm enlidir, həm də aqressivdir. Burada çoxlu ötmələr görə bilərik. Düzlüklər çox uzundur və DRS-in hesabına rəqibə yaxınlaşmaq daha asan olacaq. Hələ bir yarış geridə qalıb və buna görə də belə tənqidlər yersizdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 217
Teqlər , ,
Paylaş

logo