23 Noyabr 2017, Cümə axşamı - 11:40

N.Hülkenberq: “VJM09-da özümü yaxşı hiss edirəm”

N.Hülkenberq: “VJM09-da özümü yaxşı hiss edirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

20:57 - 29 Fevral, 2016

Force İndia komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, o, komandanın 2016-cı il bolidi VJM09-da özünü yaxşı hiss edir…

F-1.az xatırladır ki, Force İndia komandası keçən il bolidini ilk testlərə çatdıra bilməmişdi, ancaq Böyük Britaniya QP-dən etibarən istifadə etdiyi B şassisi ilə yaxşı nəticələr almışdı və mövsümü 5-ci yerdə bitirmişdi.

Ancaq bu il Force İndia-nın bolidi ilk testlərə çatdırıldı və Hülkenberq yeni bolidindən razıdır.

Niko Hülkenberq Force İndia-nın 2016-cı il bolidi VJM09 barədə təəssüratlarını bildirib: “Bu tamamilə fərqli bir bolid deyil. Keçənilki bolidin təkmilləşmiş versiyasıdır. Özümü təkamül etmiş kimi hiss edirəm.

Potensialımız daha çoxdur. Yaxşı test proqramımız var. Bunları düzgün tətbiq etsək, daha yaxşı yerdə ola bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 147
Teqlər
Paylaş

logo