N.Hülkenberq startda 3 yer itirəcək

Force İndia komandasının sürücüsü Niko Hülkenberq sıralanma turunda yaşadığı insidentə görə startda 3 yer itirəcək...

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunun ikinci sessiyasının son dəqiqələrində sürətli dövrə vurmaq üçün trasa çıxsa da, bolidinin sol ön təkəri maşından ayrılıb və seansı vaxtından əvvəl dayandırmalı olub.

Bundan başqa Hülkenberqin bolidi trasın ortasında dayandığı üçün seans qırmızı bayraqlarla dayandırılıb.

Qeyd edək ki, bu insident baş verəndə Hülkenberq 10-cu yerdə idi və bu nəticə ona üçüncü seansa çıxmağa kömək edib.

Yarışın stüardları bildiriblər ki, komanda Hülkenberqi trasa təhlükəli şəkildə göndərib və buna görə də onlara cəza verilib.

Hülkenberq cəza alandan sonra Felipe Massa, Fernando Alonso və Censon Batton hərəyə bir pillə qazanıblar…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*