20 Noyabr 2017, Bazar ertəsi - 11:23

N.Hülkenberq: “Sayns komandaya çox xeyir verəcək”

N.Hülkenberq: “Sayns komandaya çox xeyir verəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

12:06 - 17 Oktyabr, 2017

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, yeni komanda yoldaşı Karlos Sayns çox sürətli sürücüdür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ABŞ Qran Prisindən etibarən Colion Palmeri əvəz edəcək.

Niko Hülkenberq: “Karlosu paddokdan tanıyıram, amma əminəm ki, komandaya faydası çox olacaq. Gənc olmasına baxmayaraq çox sürətlidir və Toro Rosso-da etdikləri göz qabağındadır. Onun komandaya qoşulması bizə üstünlük qazandıracaq.

Mən öz işimi görməyə davam edəcəm. Təbii ki, əvvəl vaxtı Karlos üçün çətin olacaq, amma komandaya tez öyrəşəcək. İkimiz komandaya daha çox xal qazandıracağıq. Ümid edirəm ki, gələn il daha güclü olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 239
Teqlər , ,
Paylaş

logo