24 Noyabr 2017, Cümə - 11:40

N.Hülkenberq Renault ilə qələbə qazanmaq istəyir

N.Hülkenberq Renault ilə qələbə qazanmaq istəyir

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

18:39 - 20 Oktyabr, 2016

Niko Hülkenberq məqsədinin Renault ilə qələbələr qazanmaq olduğunu deyib.

F-1.az xatırladır ki, Hülkenberq Renault komandası ilə müqavilə imzalayıb və gələn ildən etibarən Renault ilə yarışacaq. Hülkenberq komandanın yenidən zirvəyə qayıdacağına inanır.

Niko Hülkenberq: “Karyera baxımından düzgün qərar verdiyimə inanıram. Force İndia ilə uzun müddət yarışdım. Mənim 5-ci ilimdir və birlikdə bir çox uğurlarımız oldu. Yeni çağırışa ehtiyacım var. Formula1-də zavod komandası ilə yarışmaq istədim və bu, mənim üçün əla fürsət idi.

Komandanın hədəfi öndə olmaq və qələbə üçün mübarizə aparmaqdır. Yüksəlmək üçün qarşımızda uzun bir yolun olduğunu bilirəm. Lotus-u aldıqlarında komanda yaxşı vəziyyətdə deyildi. Bu səbəbdən yüksəlmək bir az vaxt tələb edir. Birlikdə uğur hekayəmizi yaza bilərik”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 110
Teqlər ,
Paylaş

logo