M.Uitmarş: “Yeni reqlament hələlik istehsalçıları cəlb eləmir”

2013-cü ildə qüvvəyə minəcək yeni motor reqlamentini hazırlayarkən, FİA ümid edirdi ki, çempionata yeni avtoistehsalçılar cəlb olunacaq və çempionatda istifadə […]

2013-cü ildə qüvvəyə minəcək yeni motor reqlamentini hazırlayarkən, FİA ümid edirdi ki, çempionata yeni avtoistehsalçılar cəlb olunacaq və çempionatda istifadə olunan bəzi elementlər adi yol maşınlarına da tətbiq olunacaq.

Volkswagen və digər böyük şirkətlərin marağı olması barədə qəzetlər yazsalar da, rəsmi bəyanat verən yoxdur. Son şayiələrə görə, Cosworth çempionatı tərk etmək niyyətindədir – yeni motorların hazırlanması ciddi məsrəflərə səbəb olacaq, motorun dəyərinin reqlamentə salınması isə kiçik istehsalçıların gəlirini azaldacaq.

FOTA-nın prezidenti və McLaren komandasının başçısı Martin Uitmarş vəziyyəti təəssüflə şərh edib…

Martin Uitmarş: “Hələlik gördüyümüz budur ki, yeni motor reqlamenti avtoistehsalçıları cəlb eləmir. Əgər bu həqiqətən belədirsə, onda federasiya bu reqlamentin hazırlanmasında qarşıya qoyduğu ən vacib məqsədinə çata bilməyib.

Bizim komanda bir çox elementləri özü hazırlayır, öz motorumuzu hazırlamağı da istisna etmirik, amma sözün düzünü demək lazımdır: Formula1 – populyarlığına görə dünyanın üçüncü idman növüdür və böyük şirkətlərin cəlb olunması üçün ən böyük platformadır. Biz bir ildə 4500 yol maşını satmağı planlaşdırırıq və bu halda məsrəfləri ödəmək mümkün olmayacaq. Belə bir proqramın effektliyindən və yatırılmış sərmayənin geri qaytarılmasından danışmaq ancaq maşın satışı bir ildə milyonu keçdikdə mümkündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*